Avropanın qapıları “Neftçi”nin üzünə bağlandı

11:20 Neftçi 317
Avropanın qapıları “Neftçi”nin üzünə bağlandı

“Neftçi” avrokuboklara vəsiqə şansını rəsmən itirib.

Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın XXXII turunda rəsmiləşib.

Paytaxt təmsilçisi Sumqayıtda eyniadlı komanda ilə görüşdə 2 vacib xal itirib – 2:2.

Bununla da 6-cı pillədə qərarlaşan “Neftçi”nin 4-cü yeri tutmaq şansı qalmayıb. 36 xala malik Samir Abasovun yetirmələri “Turan Tovuz”dan 13 xal geri qalır.

Əgər ölkə çempionu “Qarabağ” kuboku qazansa, Premyer Liqada 4-cü yeri tutan komanda Konfrans Liqasına vəsiqə əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti