“Neftçi”də iki HADİSƏ!

24 Aprel 12:40 Neftçi 1 099
“Neftçi”də iki HADİSƏ!

“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportinfo.az "Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub.

Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.

“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.

“Ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!