“Neftçi”də son gecə: Samir Abasov, nə oldu, alınmadı? - VİDEO

24 Aprel 10:40 Neftçi 1 737
“Neftçi”də son gecə: Samir Abasov, nə oldu, alınmadı? - VİDEO

“Araz Naxçıvan” cari mövsümdə nümayiş etdirdiyi futbolla alqışı haqq edir.

“Qarabağ”la matçda da çox yaxşı təsir bağışladılar.

Əsasən topsuz oyuna daha çox üstünlük verməklə, əks-hücum takstikası seçmişdilər.

Amma fiziki yorğunluq komandada ciddi motivasiya itkisinə səbəb oldu. Nəticədə “Qarabağ” qalib gələrək finala adladı.

“Neftçi”də də ümidlər final idi, amma olmadı.

İlk hissədə meydanın rəqibə aid hissəsindəki basqı ilə vacib toplar qazansalar da, epizodları dəyərləndirə bilmədilər. Görünən odur ki, bu oyunçu qrupu ilə çox çətin olacaq nələrsə etmək”.

Bu açıqlama “Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarından danışıb, finala yüksələn komandalar barədə şərhlər verib.

Yeni mövsümdə “Neftçi”də ciddi heyət dəyişkiliyinin labüdlüyünü qeyd edən E.Cəfərov Ağdam klubunun çox ciddi fərq yaratdığını faktını da xüsusi detallarla diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!