“Neftçi”nin müdafiəçisi: “Canımızı verməliyik, bu, bizim üçün çox vacibdir”

22 Aprel 2025 02:00 Neftçi 960
“Neftçi”nin müdafiəçisi: “Canımızı verməliyik, bu, bizim üçün çox vacibdir”

“Hələ heç nə bitməyib”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.

Braziliyalı legioner aprelin 23-də “Sabah”a qarşı keçiriləcək kubok oyunundan söz açıb:

“İlk matçda 1:2 hesabı ilə uduzmuşuq. Qarşıda cavab oyunu var.

Vəziyyəti dəyişmək lazımdır. Mütləq geridönüş etməliyik.

Bunun üçün daha yaxşı, daha diqqətli olmalıyıq.

“Sabah”la görüş bizim üçün çox vacibdir. Qələbə üçün canımızı verməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti