"Neftçi"dən bu iddialı sözləri eşitdik: "Biz bunu bacaracağıq"

21 Aprel 22:20 Neftçi 1 859
"Neftçi"dən bu iddialı sözləri eşitdik: "Biz bunu bacaracağıq"

"Neftçi" üçün Premyer Liqa erkən başa çatdı.

Roman Qriqorçukla bərbad start götürən "ağ qaralar"ı Samir Abasov müəyyən qədər dirildə bilsə də, möcüzəyə bərabər avrokuboklar hədəfinə daşıya bilmədi.

Mövsümün xilası olaraq ölkə kubokuna son çarə kimi baxılırdı.

Amma burada da işlər arzuolunan kimi getmir.

Yarışın yarımfinal mərhələsinin "Sabah"la evdə baş tutan ilk matçında komanda məğlub oldu - 1:2.

Xüsusilə göstərilən oyun fanatları məyus etdi.

Lakin kollektiv geridönüş edəcəyinə çox güvənir.

Bunu cavab görüşü barədə Sportinfo.az-a açıqlama verən "ağ qaralar"ın təcrübəli üzvü Rəhman Hacıyev dilə gətirib:

"Heç kim məğlubiyyətlə qəbullanmır. Olmamalı idi, ancaq başımıza gəldi.

Buna bənzər şeylər yaşamışıq. Ən son "Turan"la görüşlərdə ötən mövsüm geridönüş edə bilmişdik.

Komandama, özümə, məşqçilərimizə güvənirəm.

İnşallah, biz bunu növbəti dəfə bacararaq finala çıxacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!