“NEFTÇİ”: Baş məşqçi Emin Mahmudova vaxt verdi

15 Aprel 13:00 Neftçi 4 672
“NEFTÇİ”: Baş məşqçi Emin Mahmudova vaxt verdi

Bir müddət əvvəl yenidən zədələnən Emin Mahmudov müalicəsini davam etdirir.

O, hələ bir neçə gün komanda ilə məşqə çıxmayacaq.

Samir Abasov yarımmüdafiəçini riskə atmaq istəmir. Keçmiş kapitanın «Qarabağ»la Premyer Liqanın 31-ci tur matçında meydana çıxması da böyük sual altındadır.

Baş məşqçi son iki turda forma geyinməyən Mahmudovu aprelin 23-nə qədər sıraya dönməsini gözləyir. «Ağ-qaralar» həmin gün ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununa çıxacaq.

İlk görüşdə 1:2 hesabıyla uduzan «Neftçi» məhz bu qarşılaşmada Eminin xidmətindən yararlanmaq niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!