"Bəzən "Neftçi"də elə şeylər baş verir ki..."

13 Aprel 16:05 Neftçi 1 320
"Bəzən "Neftçi"də elə şeylər baş verir ki..."

"Neftçi" növbəti 3 xalı Şamaxıda aktivinə yazdırdı.

Heyətdəki ciddi itkilərə rəğmən kollektiv çətin səfərdə Ramil Şeydayev və Filip Ozobiçin qolları ilə qələbəyə sevindi.

Bununla da xalqlarının sayını 35-ə yüksəldən "ağ qaralar"ın "Sabah"la xal fərqi birə, "Turan Tovuz"la isə 9-a enmiş oldu.

Qarşıdan "Zirə" ilə daha ağır görüş gəlir.

Yuxarı pillələrə qalxmaq üçün hazırda yaxşı formada olan "qartallar"ı məğlub etmək elə də asan məsələ deyil.

Amma komandanın monteneqrolu legioneri Edvin Kuç qarşılaşma öncəsi çox iddialı danışıb:

"Zirə" ilə üç dəfə qarşılaşmışıq. Həm evdə, həm də səfərdə qalib gəlmişik.

Biz "Neftçi"yik. Hər oyunda bunu göstərməliyik.

Meydana yalnız qələbə üçün çıxırıq. Bəzən elə şeylər baş verir ki, ona nəsə edə bilmirik.

Məsələn, gözləmədiyimiz anda 8 əsas heyət üzvü Şamaxıda bizə kömək edə bilmədi. Oyundan öncə kimin hansı mövqedə oynayacağını bilmirdik. Bu da bizə çətinlik yaradır.

Bərabər şəkildə belə çətinlikləri aradan qaldırmağa çalışacağıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da