“Neftçi”nin “ev”inə gəldilər, hamı təəccübləndi - VİDEO+FOTOLAR

4 Aprel 2025 16:20 Neftçi 1 144
“Neftçi”nin “ev”inə gəldilər, hamı təəccübləndi - VİDEO+FOTOLAR

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” öz meydanında “Sabah”ı qəbul edib.

Qonaq komanda azarkeş baxımından matça yaxşı hazırlaşıb.

Oyunun başlamasına yarım saat qalmış 300-ə yaxın “Sabah” tərəfdarı “Neftçi Arena”dakı yerini tutub.

Maraqlıdır ki, “tələbələr”i dəstəkləyənlərin bir qismi azyaşlılar olub. Hətta xeyli sayda xanım valideyn də görmək mümkün idi.

Stadiona təşrif buyuran qonaq azarkeşlər tribunaları qrup halında doldurublar.

“Sabah”ın azarkeşləri kəmiyyət baxımından “Forza Neftçi”ni üstələyib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti