Problemi arxada qaldı, “Neftçi”yə qayıtdı

4 Aprel 2025 01:10 Neftçi 2 148
Problemi arxada qaldı, “Neftçi”yə qayıtdı

Premyer Liqanın 28-ci turunun "Araz-Naxçıvan"la oyununda (1:1) zədələnən “Neftçi”nin hücumçusu Bassal Sambunun vəziyyətinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin ingiltərəli forvardının zədəsinin ciddi olmadığı üzə çıxıb.

O, artıq kollektivlə məşqlərə qayıdıb.

Sambu ölkə kubokunun yarımfinal mərhələsində “Sabah”la oyunlarda iştirak edə bilməyəcək.

Buna səbəb 27 yaşlı legionerin “Kəpəz”lə cavab oyununda aldığı qırmızı vərəqədir.

Məlum hadisəyə görə AFFA İntizam Komitəsi “ağ-qaralar”ın forvardını 2 oyunluq cəzalandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti