
«Neftçi»nin məşqçilər korpusunda islahat gözlənilir.
Bu barəddə paytaxt klubundan saytımıza məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, Samir Abasovun belə bir istəyi, planı var.
Təcrübəli mütəxəssis fiziki hazırlıq üzrə yardımçılarının sayını azaltmaq niyyətindədir. Hazırda onların sayı 3-dür. Bunlar İtaliya, Argentina və Rumıniyadan olan köməkçilərdir.
Ötən ilin oktyabrında Roman Qriqorçuku əvəzləmiş S.Abasov təyinatından 3 ay sonra Boqdan-Kornel Merişanunu geri qaytarıb. Digərləri ondan əvvəl ukraynalı məşqçi ilə çalışanlardır.
Sumqayıtlı sükançının gəldiyi qənaətə görə, bir sahə üzrə 3 köməkçi çoxdur, bu sayı 1-ə endirmək lazımdır. Güman ki, fiziki hazırlığa nəzarət Merişanuya keçəcək.
Klubda ona inam böyükdür. Adıçəkilən mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.
O, "Neftçi"dən başqa, Rumıniyanın "Poltexnika Timişoara" (2012-2016), "Universitatya Krayova" (2021-2022, 2023), Səudiyyə Ərəbistanının "Əl-Vehda" (2018), "Əl-Əhli" (2021), "Ət-Tai" (2023-2024), BƏƏ-nin "Əl-Vəsl" (2019-2021), Tunisin "Esperans" (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.
SPORTİNFO.AZ