“NEFTÇİ”: “Futbol sevgisi əngəl tanımır!” - FOTOLAR

16 Mart 2025 11:55 Neftçi 837
“NEFTÇİ”: “Futbol sevgisi əngəl tanımır!” - FOTOLAR

“Neftçi”nin əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, ⁠Rəhman Hacıyev, ⁠Rafael Quzzo, ⁠Murad Məmmədov, ⁠Alfa Konte, Rüstəm Samiqullin, ⁠Höccət Haqverdi, Yeqor Boqomolski, ⁠Ağadadaş Salyanski və ⁠Dembo Darbo meydana çıxıblar.

“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.

Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.

“Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.



Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır