“Neftçi”nin yerli oyunçusu başına bəla olan problemi yana-yana AÇIQLADI

14 Mart 2025 19:40 Neftçi 2 283
“Neftçi”nin yerli oyunçusu başına bəla olan problemi yana-yana AÇIQLADI

“Son vaxtlar əsas heyətdə yer ala bilməməyim səbəbsiz deyil. Bu, sırf zədəylə bağlı olan problemdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Rəhman Hacıyev deyib.

“Bakı”nın yetirməsi bildirib ki, ardıcıl üç dəfə aldığı zədələr onu psixoloji olaraq çox geri salıb:

“İlk dəfə zədələndim, sağalıb məşqlərə başladım, qış fasiləsindən sonra “Sabah”la oyundan bir gün əvvəl zədələndim.

Müalicə alıb, məşqlərə başladım, məşqin gedişində adi vəziyyətdə yenə ağrılar başladı. Futbol təkcə məşqdən ibarət deyil.

Formada olmaq üçün mütləq oynamalısan. Bir müddət kollektivdən geri qaldınsa, qayıdandan sonra ideal formanı yığmaq çətin olur.

İndi özümü yaxşı hiss edirəm. Allahın izni ilə növbəti matçlarda tam gücümlə mübarizə aparacam”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var