Juninyo üçün “əla” dedi - "Neftçi"nin keçmiş forvardı

13 Mart 2025 14:20 Neftçi 1 413
Juninyo üçün “əla” dedi - "Neftçi"nin keçmiş forvardı

"Neftçi"nin sabiq hücumçusu, hazırda Bolqarıstanda "Arda"nın formasını geyinən Andre Şinyaşiki Premyer Liqada çıxış edərkən rəqib olduğu “Qarabağ”ın forvardı Juninyo ilə dostluğundan danışıb.

Sportinfo.az xəbər verir ki, "Super Radio Tupi"yə qonaq olan braziliyalı həmyerlisinin "Flamenqo"ya keçidini şərh edib:

"Juninyo əla futbolçu və əla insandır. Mən onunla Azərbaycanda dostlaşmışdım.

Əminəm ki, o, "Flamenqo"nun uğurlarına böyük töhfə verəcək. Juninyoya ən yaxşısını arzulayıram.

Çünki indi olduğu yerə çatmaq üçün çox mübarizə apardı. O, həqiqətən bütün bunlara layiqdir".

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 00:40 "Neftçi" dominant oynadı"