“İstəyimizə çatdıq, çox şükür!” - “Neftçi”nin yarımmüdafiəçisi

26 Fevral 2025 14:20 Neftçi 1 163
“İstəyimizə çatdıq, çox şükür!” - “Neftçi”nin yarımmüdafiəçisi

“Hər iki komanda üçün çətin oyun olacağını ən başından bilirdik».

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin dayaq yarımmüdafiəçisi Elvin Camalova məxsusdur.

O, komandasının Premyer Liqanın 24-cü turunda “Sumqayıt” üzərində qazandığı 1:0 hesablı qələbəni dəyərləndirib.

Yanvarda “Sabah”dan gəlmiş 30 yaşlı orta sahə oyunçusu matçın çətin keçdiyini bildirib:

“Düzdür, hava şəraiti bizə mane olsa da, əvvəllər də belə havada oynamışıq. Hətta Avropada bu hal daha tez-tez yaşanır.

Havanın necə olmasından asılı olmayaraq, məqsədimiz sona qədər vuruşmaq, meydandan qələbə ilə ayrılmaq idi.

Çox şükür ki, istəyimizə çatdıq və “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti