“Neftçi”də çıxış edən müdafiəçi: “Yaxşı vəziyyətə gəlirəm”

24 Fevral 2025 00:40 Neftçi 1 497
“Neftçi”də çıxış edən müdafiəçi: “Yaxşı vəziyyətə gəlirəm”

“Zədədən sonra tam hazır olmasam da, hər oyunda daha yaxşı vəziyyətə gəlirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.

31 yaşlı arxa xətt oyunçusu şəxsi çıxışı barədə danışıb.

O, bir neçə ay öncə aldığı ciddi zədədən sonra formasını bərpa etməyə çalışdığını qeyd edib:

“Qarşıdakı matçlara maksimum səviyyədə hazırlaşacağıq. Həm çempionatda, həm də kubokda bizi vacib görüşlər gözləyir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti