
"Beşiktaş"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi Mustafa Hekimoğlunun sözləşməsinin müddətini uzadıb.
Bu barədə "TRT Spor" məlumat yayıb.
17 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.
Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Gənc forvard bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə mətbuatı bir müddət əvvəl "Neftçi"nin Mustafa Hekimoğlunu icarəyə götürmək istəməsi ilə bağlı xəbər yaymışdı.