"Neftçi"nin funksioneri Sulşerlə bir arada, futbolçular "Beşiktaş"ın məşqində - FOTOLAR

14 Fevral 09:20 Neftçi 1 001
"Neftçi"nin funksioneri Sulşerlə bir arada, futbolçular "Beşiktaş"ın məşqində - FOTOLAR

U-17 komandasının yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar.

Sportinfo.az xəbər verir ki, “qara qartal”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən Bakı klubunun nümayəndələri onların məşqini izləyiblər.

“Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”