Emin Mahmudov: “İndi bu barədə danışmaq tezdir”

13 Fevral 23:00 Neftçi 814
Emin Mahmudov: “İndi bu barədə danışmaq tezdir”

"Tituldan danışmaq indi tezdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin lideri Emin Mahmudov deyib.

Premyer Liqada vəziyyəti ürəkaçan olmayan "ağ qaralar"ın mövsümü xilas etmək üçün yeganə yolu kubokdan keçir.

Görəsən, burada titul qazanmaq mümkün olacaq? Yarımmüdafiəçi sualın cavabında bunları söyləyib:

“Biz hələ ¼ final mərhələsini keçməmişik. “Kəpəz”lə ikinci oyunumuzun da rahat keçəcəyini gözləmirəm.

Düzdür, Tovuzda onları 2:0 udduq, amma yenə diqqətli olmalı və ciddi hazırlaşmaq lazımdır.

Azərbaycanda zəif rəqib, zəif oyun yoxdur. Qələbə qazanmaqdan ötrü hər dəfə meydanda var qüvvəni qoymalısan”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu