Haiti yığmasının hücumçusu “Neftçi”yə transferi niyə baş tutmadı?

13 Fevral 2025 00:30 Neftçi 1 777
Haiti yığmasının hücumçusu “Neftçi”yə transferi niyə baş tutmadı?

“Aktobe”nin sabiq hücumçusu Jan Jaironun “Neftçi”yə transferi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvardın Azərbaycan klubuna keçidinin reallaşmamasının səbəbi müəyyənləşib.

Məsələ burasındadır ki, “ağ-qaralar” Haiti millisinin üzvü ilə anlaşma əldə etsə də, baş məşqçi Samir Abasovun qərarı keçidin rəsmiləşməsinə mane olub.

Abasov Jaironu komandasında görmək istəmədiyindən, transfer həyata keçməyib.

Maraqlıdır ki, futbolçu yanvarın 15-də Küveytin “Qadsiya” klubu ilə müqavilə imzalasa da, sənədlərdə problem yarandığından, ərəblər tərəflərin qarşılıqlı razılığı əsasında sözləşməyə xitam verib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il