"Neftçi"dən sevənlərinə YENİ XƏBƏR var - FOTOLAR

10 Fevral 00:30 Neftçi 2 335
"Neftçi"dən sevənlərinə YENİ XƏBƏR var - FOTOLAR

"Neftçi" Premyer Liqanın 22-ci turunda “Zirə” ilə matçın hazırlığı başa çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Komandanın bərpa dövrünü davam etdirən futbolçuları – Rafael Quzzo, Edvin Kuç və Andrey Ştoqrin fərdi məşğul olublar.

Onlar “Kəpəz”lə kubok oyununda olduğu kimi, sabahkı görüşü də buraxacaqlar.

Əvəzində, bərpa dövrünü başa vuran Rəhman Hacıyev və Dembo Darbo, həmçinin səhhətində problemi aradan qaldıran Azər Əliyev komanda ilə birlikdə məşq ediblər.

Fevralın 10-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?