"Neftçi" ərəblərlə müqaviləsini pozan millinin oyunçusunu TRANSFER EDƏCƏKMİ?

8 Fevral 2025 11:40 Neftçi 6 693
"Neftçi" ərəblərlə müqaviləsini pozan millinin oyunçusunu TRANSFER EDƏCƏKMİ?

"Neftçi" Haiti millisinin vingeri Jan Jayronun xidmətindən imtina edib.

Saytımız bu haqda klubdan məlumat alıb.

Redaksiyamıza verilən informasiyaya görə, Qazaxıstan "Aktobe"sindən ayrılan 26 yaşlı legioner müxtəlif menecerlər vasitəsilə Samir Abasova təklif olunub.

Lakin baş məşqçi şimali amerikalını sərəncamında görməyə bir o qədər həvəs göstərməyib.

Jayro yanvarın 15-də "Əl Qadsia" ilə müqavilə imzalayıb. Sənəd məsələlərində problem yarandığından, Küveyt komandası haitili ilə kontrakta qarşılıqlı razılaşma əsasında xitam verib.

Onun "ağ qaralar"ın gündəmində olmasıyla bağlı ilk xəbəri sports.az-ın yaydığını da xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?