“Neftçi”nin yeni sponsorundan MARAQLI AÇIQLAMA

7 Fevral 2025 20:20 Neftçi 1 657
“Neftçi”nin yeni sponsorundan MARAQLI AÇIQLAMA

"Uzun səyahətin başlanğıcındayıq.

Burada olmaq mənim üçün şərəfdir.

"Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi" ilə əməkdaşlıq müqaviləsi imzalayan "Palms Sports"un baş icraçı direktoru Fouad Darviş mətbuat konfransında deyib.

O, "ağ-qaralar"la əməkdaşlıq etdikləri üçün fəxr hissi duyduğunu bildirib:

"Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq.

İnkişafaya yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq.

"Neftçi"nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir".

"Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var