Nazir "Neftçi"dən nikbin danışdı: “Biz uzunmüddətli nəticənin arxası ilə düşəcəyik”

7 Fevral 2025 16:20 Neftçi 1 376
Nazir "Neftçi"dən nikbin danışdı: “Biz uzunmüddətli nəticənin arxası ilə düşəcəyik”

"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:

"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır.

Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır.

İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik".

“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var