Samir Abasov "Neftçi"ni bu yolla aparmağa davam etməlidir

3 Fevral 2025 17:00 Neftçi 1 799
Samir Abasov "Neftçi"ni bu yolla aparmağa davam etməlidir

"Neftçi" qış fasiləsindən sonra ilk qələbəsini "Şamaxı" üzərində qazandı - 1:0.

Minimal hesablı qələbədə hansısa parlaq futbol axtarmaq mənasızdı.

Oyunun bəzi məqamlarında qonaqlar daha yaxşı görünən tərəf idi. Yaxşı qol imkanları da oldu. Ümumi götürəsi olsaq hardasa bərabər səviyyədə keçən matç izlədik.

Bəlkə də ədalətli nəticə elə bərabərlik olmalıydı.

Amma sonda 3 xala sevinən "ağ qaralar" oldu.

Normalda bu qədər imkanları olan klub çempionatda qalmaq uğurunda mübarizə aparan kollektivi belə çətinliklə məğlub etməli deyil.

Sadəcə "Neftçi"ni elə günə qoyublar ki, Samir Abasovun dominant futbolla nəticə qazanması faktiki mümkünsüzdür.

Təcrübəli mütəxəssisin əlinin altındakı materialın torpağın altında olan cansız bədəndən fərqi yoxdur. Mustafa Sek, Emin Mahmudov hələ indi-indi özünə gəlməyə çalışır.

Elvin Camalov varlığını ortaya qoya bilir. Amma 3-5 nəfərin dirilməsi ciddi sıçrayış üçün yetərli deyil. Abasovun zamana ehtiyacı var. Pərən-pərən düşən daşları yerinə bərkidə bilsin.

Digər tərəfədə də çempionat ağır keçir. İstənilən rəqiblə oyunda qələbə mübarizə tələb edir. Zaman yox, xal xanası az.

Bu günün tələbi yalnız xal və xallar qazanmaqdır.

Ki, Abasov da onu bacardı. O, digər görüşlərdə də bu xətti tutmalıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var