“Neftçi”nin futbolçılarının ağızlarına vurulan “qıfıl”

27 Yanvar 2025 20:40 Neftçi 1 631
“Neftçi”nin futbolçılarının ağızlarına vurulan “qıfıl”

“Araz-Naxçıvan”a məğlubiyyətdən sonra “Neftçi”nin futbolçularının ağızları yenə “qıfıllanmışdı”.

Udanda dil-dil ötənlər bu dəfə müxtəlif yollarla media nümayəndələrinə müsahibə verməkdən boyun qaçırırdılar.

Yuri Matias “yox” dedi, Emil Balayev danışmaq istəmədiyini bildirdi, Robert Bauer əlini sinəsinə qoyub üzrxahlıq etdi. Sıra Elvin Camalova çatanda...

Yeni transfer açıq şəkildə müsahibə verməyin qadağan olduğunu söyləyib, inandırmaq üçün “vallah” dedi.

Məlum oldu ki, klubdan kim(lər)sə futbolçuları media ilə ünsiyyətdən uzaq durmağa çağırıb. Ki, birdən hansısa biri hirslənib artıq nəsə deyər, yenilgiyə görə konkret ünvan göstərər. Az olub məgər?

Onsuz da futbol oynamaq həvəsləri yoxdur. Xüsusi xarakter sahibi olmadıqları göz qabağındadır. Maaşlarını alıb, papaqlarını günə verə-verə gəzirlər.

Futbol oynamılar, heç olmasa icazə verin, suallarımıza cavab tapaq. Desinlər, görək, ardıcıl 3 oyundur qələbə qazana bilməmələrinə nə mane olur? Niyə rəqibin kapitanı Ürfanda olan istək onlarda yoxdur? Niyə meydanda gəzirlər? Niyə hər dəfə azarkeşləri məyus edirlər?

“Neftçi”liyəm” adı ilə yüzminlər qazanırlar. Mikrofon qarşısına çıxıb danışsınlar, səbəb göstərsinlər.

Media ilə ünsiyyətə qadağa qoymağınız onlar üçün göydəndüşmədir. Verdiyiniz qərar günahkarların üstünü yorğanla örtüb, yerlərini isti etməkdən başqa bir şey deyil, biləsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var