“Neftçi”dəki "əmma"... FOTOLAR

26 Yanvar 2025 12:20 Neftçi 1 927
“Neftçi”dəki "əmma"... FOTOLAR

“Neftçi”nin çalışdırıcısı Samir Abasovun başı dərddədir.

47 yaşlı çalışdırıcı sərəncamındakı futbolçuların bir neçəsinin xidmətindən məhrum olub.

Qış toplanışında kollektivdən ayrı çalışan Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo hələ də hazır deyil. “Sabah”la oyunu kənardan izləyən futbolçular “Araz-Naxçıvan”la qarşılaşmada da forma şansı qazanmayacaqlar.

Müalicə alan və bərpa dövrü keçən futbolçuların yaşıl meydanlara dönüşü ən yaxşı halda fevral ayında mümkün olacaq.

Hücumçu sarıdan qıtlıq yaşanan komandada xüsusən Darbonun olmaması işləri çətinə salıb.

Əvəzində, yeni transfer Elvin Camalov bazar günkü matçda iştirak ərizəsində yer ala bilər.

Yanvarın 26-da “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la keçiriləcək oyun saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var