“Neftçi” kimi böyük klubda çempion olmaq ən böyük istəyimdir”

25 Yanvar 2025 23:40 Neftçi 824
“Neftçi” kimi böyük klubda çempion olmaq ən böyük istəyimdir”

“⁠İlk növbədə qələbələri sıralamaq və yaxşı yerlərdən birini tutmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin yaponiyalı yeni transferi Ryonosuke Ohori deyib.

Yanvarın 14-də keçidi rəsmiləşən yarımmüdafiəçi ⁠”Neftçi”ylə bağlı arzuların nədir” sualına cavabında aşağıdakıları söyləyib:

“Bu cür böyük klubda çempion olmaq ən böyük istəyimdir. Sözsüz ki, mümkün uğurlarda komandama fayda verməyə çalışacam.

Azərbaycana böyük həvəs və ümidlə gəlmişəm. Bunu hər məşqdə göstərməyə, məşqçilərin etimadını qazanmağa çalışıram”.

Ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinən 24 yaşlı legionerlə "5 ay + 2 il" şərti ilə müqavilə bağlanıb.

Ohori futbola yerli “Sanfreççe”nin akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.

Orta xətt oyunçusu sürəti və driblinqi ilə seçilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var