Mesaj verdi ki, gözləriniz “Neftçi”də olsun - “3 xal”

25 Yanvar 2025 21:20 Neftçi 2 390
Mesaj verdi ki, gözləriniz “Neftçi”də olsun - “3 xal”

“Araz-Naxçıvan”la oyun “Neftçi” üçün sonuncu şans kimidir.

Qış fasiləsindən sonra “Sabah”la qarşılaşmada 2 xal itirərək ilk “4-lüy”ə yaxınlaşmaq fürsətini əldən verən bakılıları 4-cü sıradakı “Turan Tovuz”dan 14 xal ayırır.

Naxçıvan təmsilçisi ilə qarşılaşmada qələbə qazanmaqla xal fərqini azaltmaq olar. Əks halda aradakı fərq böyüyəcək, bütün ümidlər qalacaq ölkə kubokunu qazanmağa.

Əsas heyət üzvlərindən olan Edvin Kuç Sportinfo.az-a “Araz-Naxçıvan”la qarşılaşma barədə danışıb:

“Sabah”la oyunda çox yaxşı futbol sərgilədik. Fiziki cəhətdən hazırlıqlı olmağımız özünü göstərirdi. Əvvəldən sona qədər pressinq etdik, bir neçə qol imkanlarını yaxaladıq.

“Araz-Naxçıvan”a qarşı minimum bu səviyyədə, hətta daha yaxşı oynacağımıza ümid edirəm. “Neftçi”nin əzəmətini qaytarmaq üçün qələbələrə ehtiyacımız var.

Ümid edirəm ki, qış fasiləsində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik. Bütün gücümüzü səfərbər edib, 3 xal üçün mübarizə aparacağıq”.

Yanvarın 26-da “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var