“Neftçi”də kimsə sonra “mənim bundan xəbərim yox idi” deməsin...

25 Yanvar 2025 20:00 Neftçi 1 809
“Neftçi”də kimsə sonra “mənim bundan xəbərim yox idi” deməsin...

“Neftçi” daha bir sınaq qarşısındadır.

Ötən həftə öz meydanında “Sabah”ı məğlub edə bilməyən bakılılar (1:1) bu dəfə “Araz-Naxçıvan”ın qonağı olacaq.

Turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq, çempionat yolu ilə avrokuboklara qatılmaq üçün olduqca vacib, bəlkə də sonuncu şansdır.

“Ağ-qaralar” bu matçdan 3 xalla ayrılsa, üst pillələrdəki rəqibləri ilə xal fərqini aradan qaldırmaq imkanı qazanacaq. Əks halda, elitada qalmaq uğrunda mübarizə aparanlarda qonşu olmaqda davam edəcək.

Lakin bir fakt var ki, “Neftçi”nin real təhlükə qarşısında olmasından xəbər verir. Bu komanda ötən mövsümdən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan”la oyunlarda çox ciddi çətinlik yaşamaqdadır.

2023/24 mövsümündə 4, cari “futbol ili”ndə isə keçirilən 2 qarşılaşmada bakılılar naxçıvanlılar üzərində cəmi 1 qələbəyə sevinib. Son 6 oyundakı statistika belədir.

Araz-Naxçıvan – Neftçi 1:0

Neftçi – Araz-Naxçıvan 1:1

Araz-Naxçıvan – Neftçi 1:0

Neftçi – Araz-Naxçıvan 3:0

Araz-Naxçıvan – Neftçi 1:1

Neftçi – Araz-Naxçıvan 0:1

“Ağ-qaralar” ötən mövsüm Miodraq Bojoviçin rəhbərlik etdiyi dönəmdə qələbə qazanmağı bacardığı halda, 3 görüşdə eyni hesabla (0:1) uduzub və digər 2 qarşılaşmada yenə eyni hesabla bərabərə qalıb (1:1).

Şəxsi oyunlarda Muxtar Respublika təmsilçisinin aşkar üstünlüyü müşahidə olunduğu kimi, 6 qarşılaşmanın 5-də 2 və daha az qolun vurulub. Görəsən, bu dəfəki duel hansı hesabla yekunlaşacaq? 1:1, yoxsa 1:0?

Yanvarın 26-da “Liv Bona Dea Arena”da baş tutacaq görüşün start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var