“Neftçi”dən ayrıldı, səhhətində problem yarandı, transferi baş tutmadı

25 Yanvar 2025 22:40 Neftçi 1 743
“Neftçi”dən ayrıldı, səhhətində problem yarandı, transferi baş tutmadı

Ötən ilin oktyabrında “Neftçi”dən ayrılan Brayan Morenonun səhhətində problem yaranıb.

Sportinfo.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yerli “Amerika”ya keçidi baş tutmayıb.

“Neftçi”dən ayrıldıqdan bəri klubsuz qalan Moreno azad agent kimi “Amerika” ilə anlaşsa da, tibbi müayinədən uğurla keçə bilməyib.

Oyunçunun probleminin nədən ibarət olduğu açıqlanmasa da, rəhbərlik bu üzdən geri addım atmalı olub. Nəticədə Morenonun Kali klubuna keçidi alınmayıb.

Ötən ilin yanvarında Sofiya MOİK-indən “Neftçi”yə keçən Brayan Morenonun oktyabrda müqaviləsinə xitam verilib.

Forvard bu müddətdə Bakı klubunun heyətində 15 oyunda 4 qol vurub. Ölkəmizdə də onun sağlamlıqla bağlı tez-tez problemləri ortaya çıxırdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var