Neftçi” cəbhəsində bu xəbəri bayram edirlər

23 Yanvar 2025 20:00 Neftçi 2 625
Neftçi” cəbhəsində bu xəbəri bayram edirlər

“Neftçi” qış fasiləsində ikinci transferini gerçəkləşdirdi.

Ryonosuke Ohorinin ardınca Elvin Camalov da bundan sonra ağ-qara formada mübarizə aparacaq.

Azərbaycan millisinə də dəvət olunan dayaq yarımmüdafiəçinin keçidi “Neftçi” cəbhəsində sevgi ilə qarşılanıb.

Düzdür, narazı fanatlara da rast gəlmək mümkündür. Lakin klubun sosial şəbəkə hesablarında şərh yazanların böyük əksəriyyəti Elvinin yeni komandası üçün uğurlu transfer olması qənaətindədir.

“Əla, xoş gəldin!”

“Xeyirli olsun. Yaxşı futbolçudur. Ancaq “Neftçi”yə nə xeyir verəcəyini zaman göstərəcək”.

“Çox gözıl transferdir. Təbriklər, yerlim. Uğurlar!”

“Əla futbolçudur. “Neftçi”yə xeyir verəcək, ya yox – bilmirəm.Heç yadımdan çıxmaz, ötən mövsüm avrokuboklara vəsiqə uğrunda “Sabah”la sonuncu oyunumuzda meydanda öz komandasının xeyrinə rəsmən dirijorluq edirdi, Yaxşı transferdir”.

“Matias kimilərdən min dəfə yaxşıdır”.

“Xoş gəlib. Özü bilir hara gəldiyini”.

“Bizə orta sahəyə dağıdıcı futbolçu lazım idi. Eddi İsrafilovun gedişindən sonra əməlli-başlı boşluq hiss olunur”.

“Yaxşı edib aldız. Yerli futbolçu kimi hal-hazırda ən yaxşı formada olanlardan biridir. Uğur olsun”.

“Yarımmüdafiənin dirəyi olacaq. Dağıdıcılıq mənasında bəlkə də ölkədə “1 nömrə”dir”.

“Neftçi” 29 yaşlı futbolçu ilə 1,5 il + 1 il şərti ilə müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var