“Neftçi”yə keçən millinin oyunçusuna 100 min manatlıq JEST ETDİLƏR

23 Yanvar 2025 09:40 Neftçi 4 299
“Neftçi”yə keçən millinin oyunçusuna 100 min manatlıq JEST ETDİLƏR

Dünən xəbər verdiyimiz kimi, “Sabah”ın yarımmüdafiəçisi Elvin Camalov “Neftçi”yə keçib.

Tərəflər 1,5+1 illik müqaviləyə qol çəkib.

E.Camalovun “Sabah”la müqaviləsi olsa da, o, buradan azad agent kimi ayrılıb. Qarşılıqlı razılıq əsasında sözləşməyə xitam verib.

Buna səbəb isə futbolçunun daha çox meydana çıxmaq istəyi olub.

Millinin üzvü Vasili Berezutskinin ona oynamaq şansı verməməsindən narazı qalıb. İki ay öncə görəvə gələn rusiyalı baş məşqçi kapitanı bu müddətdə əsasən ehtiyatda saxlayıb.

Bu səbəbdən də E.Camalov “Neftçi”dən gələn təklifi dəyərləndirmək istəyib. Onu “Zirə“ və “Turan Tovuz“ da öz düşərgəsində görmək niyyətində idi.

İndiyədək yığmada 20 oyun keçirmiş yarımmüdafiəçi bu komandalardan kifayət qədər yüksək əməkhaqqı tələb edib. İllik 200 min manat şərti irəli sürdüyündən, yalnız “Neftçi“nin təklifi ona cəlbedici təklif gəlib.

Klub qarşısında xidmətlərini nəzərə alan “Sabah“ rəhbərliyi Elvinə 100 min manatlıq jest eləyib. Bu məbləğdə təzminat iddiasından geri çəkiliblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var