"Neftçi"də oynamaq məsuliyyət tələb edir” - VİDEO

23 Yanvar 2025 08:40 Neftçi 992
"Neftçi"də oynamaq məsuliyyət tələb edir” - VİDEO

"Neftçi" "Sabah"dan ayrılan Elvin Camalovun transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə"ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı danışıb:

"Neftçi" kimi tarixi olan klubda yer almaq çox xoş hisslərdir. İnanıram ki, bu həyəcanı arxada qoyub, komandam üçün faydalı olacam.

"Neftçi"nin daha yuxarı pillələrə qalxacağına şübhə etmirəm. Təbii ki, futbolçu olaraq bunun üçün mən də əlimdən gələni edəcəm.

Bu komandaya transfer olduğum üçün sevincliyəm. Əlbəttə ki, "Neftçi"də oynamaq məsuliyyət tələb edir.

Çünki bu komandanın azarkeşlərinin istəyi hər zaman yuxarı pillələr olub. İnşallah, onların dəstəyi ilə daha da yaxşı yerlərə gələcəyik".

Paytaxt təmsilçisinin heyətində 4 nömrəli formanı geyinəcək oyunçu ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var