“Neftçi”nin futbolçularına 20 min dollar mükafat verilib - Ermənilərə görə

23 Yanvar 2025 01:10 Neftçi 3 297
“Neftçi”nin futbolçularına 20 min dollar mükafat verilib - Ermənilərə görə

20 il əvvəl Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qələbəyə görə “Neftçi”nin futbolçularına 20 min dollar mükafat verilib.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Bakı klubunun sabiq yaeımmüdafiəçisi Vidadi Rzayev deyib.

O, Rusiyada çalışan azərbaycanlıların da həmin vaxt komandanı mükafatlandırdıqlarını söyləyib:

“Oyuna qədər heç kim mükafat haqqında düşünmürdü. Elə matçdan sonra da belə idi. Həmin vaxt Rusiyada çalışan şəmkirli uşaqlar 5000 dollara yaxın pul yığıb mənə vermişdilər.

Həmin məbləği gətirib komanda üzvləri arasında bölüşdürdüm. Bundan əlavə, “Neftçi” rəhbərliyi, həmçinin bir sıra başqa insanlar komanda üzvlərini mükafatlandırdı.

Ümumilikdə adama təxminən 20 min dollar mükafat düşdü. Hamıya eyni gözlə baxdılar ki, bu da yaxşı haldır.

Çünki hamının əziyyəti var idi. Çox böyük həyəcan keçirmişdik, karyeramın davamı belə sual altına düşmüşdü. İndi Azərbaycan qalib xalqdır”.

2005-ci il yanvarın 19-da baş tutan görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. V.Rzayev görüşdə ikinci qolun müəllifi olub. Azərbaycan çempionunun ilk qolunu isə gürcüstanlı legioner Georgi Adamiya vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var