"Neftçi"nin son transferi ilə bağlı pərdəarxası YENİ DETALLAR

23 Yanvar 2025 21:00 Neftçi 2 923
"Neftçi"nin son transferi ilə bağlı pərdəarxası YENİ DETALLAR

Uzun sürən danışıqlardan sonra Elvin Camalovun "Neftçi"yə keçidi rəsmiləşdi.

Milli üzvünün transferi ilə bağlı pərdəarxası bəzi maraqlı detalları əldə etmişik.

Vasili Berezutskinin planlarına daxil olmayan kapitanın xidmətində "ağ qaralar"la bərabər "Zirə" də maraqlı olub.

Təcrübəli yarımmüdafiəçi hər iki təklifə isti yanaşıb.

Əsas niyyəti yeni ünvana getmək, daha çox oynamaq fürsəti əldə etmək olub.

Son qərarı isə yaya kimi müqaviləsi olan "Sabah" tərəfi verib.

Seçimin "Neftçi"nin xeyrinə edilməsi də səbəbsiz deyil.

Çünki "Neftçi"dən fərqli olaraq "Zirə" bu gün "tələblər"in avrokuboklar yolunda mübarizədə əsas rəqiblərindən biridir.

Masazır təmsilçisi kapitanı "Neftçi"yə təslim etməklə bir növ əsas rəqibin daha da güclənməsinə mane olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var