"Neftçi"nin məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"

21 Yanvar 2025 14:20 Neftçi 1 674
"Neftçi"nin məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"

“Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Premyer Liqanın 19-cu turunun “Sabah”la oyununu (1:1) şərh edib.

Sportinfo.az saytına danışan monteneqrolu yarımmüdafiəçi komandasının bərabərə qalması haqda fikirlərini bildirib:

"Bərabər səviyyəli oyun idi. Ancaq fikrimcə “Neftçi” qələbəyə daha yaxın idi.

Ən azından keçən ildən daha yaxşı oynadıq. Bu, məni xoşbəxt edir.

Təəssüf ki, qalib gələ bilmədik. Ancaq mövsümün bütün ikinci yarısı hələ qarşıdadır.

Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır və biz bunu sona qədər davam etdirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var