“Neftçi”nin parlayan gənci: “Bu, mənim borcumdur”

21 Yanvar 11:40 Neftçi 1 770
“Neftçi”nin parlayan gənci: “Bu, mənim borcumdur”

“Çoxlu qol epizodlarımız oldu, onları dəyərləndirməyi bacarsaydıq, qələbə qazanardıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Murad Məmmədov deyib.

Gənc yarımmüdafiəçi “Sabah”la (1:1) bitən qarşılaşmadan danışıb:

“Oyunda üstün, topa daha hakim tərəf biz idik. Ümid edirəm ki, bu üstünlüyü sonrakı oyunlarda xeyrimizə istifadə edərik.

Hər bir klub kimi, bizim üçün də qələbə vacib idi. Amma təəssüf ki, oyun bərabərliklə yekunlaşdı.

Bu cür oyunlar bizim üçün motivasiya və təcrübədir. Əlimdən gələnin ən yaxşısını göstərməyə çalışdım.

Bir futbolçu kimi bu, mənim borcumdur. Asist etməyim bizi məğlubiyyətdən qurtardı. Komandaya xeyrim dəydiyi üçün çox sevincliyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var