“Neftçi”dən getməyə hazırdır: “Yox" deyə bilmərəm, təkliflər olsa, qayıdaram”

17 Yanvar 2025 02:50 Neftçi 1 579
“Neftçi”dən getməyə hazırdır: “Yox" deyə bilmərəm, təkliflər olsa, qayıdaram”

"Rumıniya üçün darıxdığımı deyə bilərəm”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin müdafiəçisi Yuri Matiasa aiddir. Rumıniya mətbuatına müsahibə verən braziliyalı yenidən bu ölkəyə qayıtmağa isti yanaşdığını qeyd edib.

Vaxtilə Rumıniyada "Qaz Metan" və ÇFR-də çıxış etmiş 29 yaşlı “sambaçı” deyib:

“Çünki orada xoşbəxt idim, dili öyrəndim. Rumıniya mənim xoşuma gələn ölkədir.

Yenidən Super Liqaya qayıtmağa "yox" deyə bilmərəm. Təkliflər olsa, qayıdaram.

Niyə də olmasın? Rumıniyada yaxşı çıxış edirdim və özümü yaxşı hiss edirdim.

Heç vaxt qapını bağlamıram. Futbolda hər şey mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var