SON DƏQİQƏ: “Neftçi”dən 2 gün öncə getdi, geri qayıtması istənildi – Bu klub tərəfindən

16 Yanvar 2025 13:00 Neftçi 6 372
SON DƏQİQƏ: “Neftçi”dən 2 gün öncə getdi, geri qayıtması istənildi – Bu klub tərəfindən

Yanvarın 14-də “Neftçi” ilə yollarını rəsmən ayıran Kilan Lebon karyerasını Azərbaycanda davam etdirmək fürsəti yaxalayıb.

Paytaxt təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən fransalı Premyer Liqanın başqa bir iştirakçısından dəvət alıb.

“Araz-Naxçıvan“ adıçəkilən yarımmüdafiəçiyə 6 ay+1 illik müqavilə təklif edib.

Hazırda tərəflər arasında intensiv danışıqlar gedir. Onun kontrakta imza atmaq ehtimalı yüksək qiymətləndirilir.

2023-cü ilin yanvarından ölkəmizdə legioner həyatı yaşayan 27 yaşlı Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var