“Neftçi”dən ayrılan hücumçu Kolumbiya klubunda

16 Yanvar 00:40 Neftçi 766
“Neftçi”dən ayrılan hücumçu Kolumbiya klubunda

Ötən ilin oktyabrında “Neftçi”dən ayrılan Brayan Morenonun klubsuz günləri başa çatır.

Sportinfo.az -ın Kolumbiya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı hücumçu bu ölkədə çıxış edəcək.

Belə ki, kolumbiyalı oyunçu “Ametika” ilə müqavilə imzalamağa yaxındır.

“Neftçi”dən ayrıldıqdan sonra azad agent statusu alan Moreno Kali təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Yüksək liqa klubu yaxın günlərdə mövsümöncəsi transferini açıqlamağı planlaşdırır. Hücumçu ilə 1 illik müqavilənin imzalanması nəzərdə tutulub.

Ötən ilin yanvarında Sofiya MOİK-indən “Neftçi”yə keçən Brayan Morenonun oktyabrda müqaviləsinə xitam verilib. Forvard bu müddətdə Bakı klubunun heyətində 15 oyunda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə