"Neftçi"nin müdafiəçisi: "Qarabağ"ın hücumçusu mənim böyük qardaşımdır”

10 Yanvar 2025 23:20 Neftçi 2 845
"Neftçi"nin müdafiəçisi: "Qarabağ"ın hücumçusu mənim böyük qardaşımdır”

"Neftçi"nin braziliyalı legioneri Yuri Matias həmyerlisi, "Qarabağ"ın hücumçusu Juninyonun "Flamenqo" (Rio-De-Janeyro) klubunun maraq dairəsində olmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ölkəsinin "Lance" nəşrinə müsahibəsində bildirib:

"Biz hamımız sevinirik ki, xaricdə Azərbaycan futbolunda olanları görürlər. Bu, hər birimiz üçün yaxşıdıdır.

Şəxsən mən çox şadam. Ümid edirəm ki, Juninyonun işi alınacaq.

Baxmayaraq ki, biz rəqib oyunçularıq, amma bura gələndən bəri Juninyo mənim üçün böyük qardaş olub. İnanıram ki, o, doğru qərar verəcək və öz qiymətini göstərəcək".

"Qarabağ"ın futbolçusu Juninyonun qış transfer pəncərəsi zamanı İspaniyanın "Sevilya" və ya Braziliyanın "Flamenqo" klubuna keçə biıcəyinə dair xəbərlər yayılıb. Bununla bağlı klublar arasında danışıqlar da olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var