“Neftçi”dən ayrıldı, “Sportinfo”ya danışdı: “Klubdan xahiş etdim ki...”

9 Yanvar 2025 21:20 Neftçi 2 280
“Neftçi”dən ayrıldı, “Sportinfo”ya danışdı: “Klubdan xahiş etdim ki...”

“Neftçi”dən ayrılan Mark Tamaşın yeni iş yeri məlumdur.

Macarıstanlı müdafiəçi karyerasını Rumıniya klubu “Sepsi”də davam etdirəcək.

Daha çox meydanda olmaq arzusu ilə “ağ-qaralar”dan ayrılan 31 yaşlı legioner Sportinfo.az-a açıqlamasında “Neftçi”ni tərk etməsi barədə danışıb:

“İndiyə qədər oynadığım bütün komandalarda əsas heyətdə yer almışam. “Neftçi”də daha çox şans qazanmaq istəsəm də, buna nail olmurdum.

Klubdan xahiş etdim ki, məni buraxsınlar. Çünki daha çox oynamaq üçün özümdə o gücü hiss edirəm.

“Neftçi”də yaxşı dostlar qazandım. Komandaya qarşıdakı matçlarda uğurlar arzulayıram”.

2023-cü ilin yayında Adrian Mutunun dönəmində “Sepsi”dən “Neftçi”yə keçən futbolçu ilyarım ərzində 39 görüşün iştirakçısı olmaqla 3 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var