DƏQİQLƏŞDİ – “Neftçi” ikinci futbolçu ilə yollarını ayırdı

8 Yanvar 2025 19:40 Neftçi 2 271
DƏQİQLƏŞDİ – “Neftçi” ikinci futbolçu ilə yollarını ayırdı

Mark Tamaşın ardınca daha bir futbolçunun “Neftçi”dən ayrılığı dəqiqləşib.

Kilan Lebonla aparılan danışıqlar müsbət nəticə verib.

San Martin millisinin şərəfini qoruyan futbolçu fasilə dönəmində klub rəhbərliyinə Azərbaycanda qalmaq istəmədiyini bildirib.

Azad agent statusuna yiyələnməsi ilə bağlı klub rəhbərliyinə müraciət edən Lebon yekunda istəyinə çatıb.

27 yaşlı yarımmüdafiəçinin paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyununa qədər idi.

2023-cü ilin yanvarından ağ-qara formanı geyinən Kilan geridə qalan müddətdə bütün yarışlarda meydana çıxdığı 73 oyunda 6 qol və 11 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var