Bu klub futbolçusunu “Neftçi”yə buraxmadı

8 Yanvar 2025 20:40 Neftçi 2 536
Bu klub futbolçusunu “Neftçi”yə buraxmadı

“Neftçi”nin transfer istəyi baş tutmayıb.

“Ağ-qaralar” paytaxtın digər klubundan heyətinə qatmaq istədiyi oyunçu ilə bağlı neqativ cavab alıb.

Shbət Abdulla Rzayevdən gedir.

Samir Abasovun israrla heyətdə görmək istədiyi futbolçunu “Sabah”dan qoparmaq mümkün olmayıb.

Ağır dönəm yaşayan bakılılar müdafiənin sağ cinahındakı boşluğu Masazır təmsilçisinin əsas heyətinə düşməkdə çətinlik çəkən 22 yaşlı azərbaycanlı ilə doldurmaq istəsə də, bu, baş tutmayıb.

Rəhbərlik Abdullanın Vasili Berezutskinin planlarına daxil olduğunu bildirərək transferin baş tutmasına icazə verməyib.

Yeri gəlmişkən, “Neftçi”nin minimum istəyi Rzayevin xidmətindən mövsümün sonuna qədər yararlanmaq olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var