“Neftçi”dəki legioner: “Həmin ərəfədə razılaşmışdım, ondan sonra klubla müqavilə bağladım”

7 Yanvar 2025 12:40 Neftçi 1 591
“Neftçi”dəki legioner: “Həmin ərəfədə razılaşmışdım, ondan sonra klubla müqavilə bağladım”

“Həmin ildən “Neftçi” barədə məlumatım var idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Edvin Kuç deyib.

2024-cü ilin yayından ölkəmizdə çıxış edən monteneqrolu yarımmüdafiəçi “Neftçi”ni ilk dəfə gördüyü dövrü xatırlayıb:

“Burada olan həmyerlilərimlə əlaqə saxladım. Onlar mənə klub barədə yalnız yaxşı sözlər dedilər.

“Neftçi”nin oyununu əvvəllər izləmişəm. Səhv etmirəmsə, 2015 və ya 2016-cı il idi.

“Neftçi” Podqoritsanın “Mladost” klubu ilə oynayırdı. Bakıdakı oyun 2:2 hesabı ilə bitmişdi.

Cavab oyununu tribunalardan izləyirdim. “Mladost” son dəqiqələrdən qol vurdu və növbəti mərhələyə adladı.

Həmin ərəfədə “Mladost”la razılaşmışdım. Oyundan sonra klubla müqavilə bağladım”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var