“Neftçi” ehtiyatda qalan müdafiəçini almaq üçün hərəkətə keçdi

6 Yanvar 2025 14:40 Neftçi 3 847
“Neftçi” ehtiyatda qalan müdafiəçini almaq üçün hərəkətə keçdi

Macarıstanlı müdafiəçi tMark Tamaş və seyrra-leoneli yarımmüdafiəçi Alfa Konte ilə əməkdaşlığı dayandıran «Neftçi» yeni transfer hədəfini müəyyənləşdirib.

Samir Abasovun istəyini əsas götürən «ağ-qaralar» Abdulla Rzayevə elçi düşüb.

Paytaxt təmsilçisi ona görə «Sabah»a müraciət edib. Bakılılar U-21 yığmasının da formasını geyinən müdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə hazırdır.

Gənc arxa xətt oyunçusu ötən iki mövsümü icarədə keçirib. Öncə «Kəpəz»in, daha sonra «Araz-Naxçıvan»ın uğurları üçün tər töküb.

Bu sezonun əvvəlində «Sabah»a qayıdan Rzayev hələlik özünü göstərə bilmir.

Krunoslav Renduliçin vaxtında olduğu kimi, Vasili Berezutskinin baş məşqçi vəzifəsinə təyinatı onun karyerasında yeni səhifə açmayıb.

Ötən müddətdə daha çox ehtiyatda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var