“Neftçi”ylə bağlı XOŞ XƏBƏR – O, qayıdır

5 Yanvar 2025 19:00 Neftçi 6 835
“Neftçi”ylə bağlı XOŞ XƏBƏR – O, qayıdır

“Neftçi”də üzlər gülür.

Səbəb Emin Mahmudovun zədəsini sağaltmasıdır.

32 yaşlı yarımmüdafiəçinin çətin günləri ötən ildə qalıb.

Sonuncu dəfə 13-cü turda “Şamaxı” ilə oyunda (2:2) meydana çıxan Mahmudov Premyer Liqanın ilk yarısının son 5 görüşünü kənardan izləmişdi.

Geridə qalan müddətdə sağalma və bərpa dönəmini geridə qoyan “8 nömrə” qış toplanışının ilk məşqində kollektiv çalışmalarda iştirak edib.

Bu, o deməkdir ki, Emin 19-cu turda “Sabah”la qarşılaşmada meydana çıxmağa hazır olacaq.

Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu cari mövsümdə meydana çıxdığı 10 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var