Samir Abasov 2024-cü ilin ilk transferini də “Neftçi”dən göndərdi – SON DƏQİQƏ

5 Yanvar 2025 12:20 Neftçi 3 913
Samir Abasov 2024-cü ilin ilk transferini də “Neftçi”dən göndərdi – SON DƏQİQƏ

“Neftçi” 2024-cü ilin yanvarında sıralarına qatdığı Alfa Konte ilə yolun sonuna gəlib.

Bakı klubu Samir Abasovun istəyi ilə ötən ilin ilk transferinə qapını göstərib.

Baş məşqçi macarıstanlı müdafiəçi Mark Tamaşla yanaşı, Syerra-Leone millisinin formasını geyinən vingerin də ona lazım olmaması barədə rəhbərliyə raport təqdim edib.

Paytaxt təmsilçisi farikalı ilə 2,5 +1 illik müqavilə bağlayıb. 24 yaşlı legioner komandanın heyətində 20 nömrəli formanı geyinib.

Amma o qədər də yox. Bir müddət zədədən əziyyət çəkən Konte sonradan sıraya dönsə də, özünü göstərə bilmədi, çox vaxt ehtiyatda qaldı.

Samir Abasov isə daha bu cür əcnəbi oyunçuların ehtiyat skamyada onunla yanaşı əyləşməsini istəmir.

Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib.

Syerra-Leone yığmasının heyətində 2 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var