Roman Qriqorçukla Samir Abasov arasında… Bundan kimin xəbəri var?

5 Yanvar 2025 18:35 Neftçi 2 582
Roman Qriqorçukla Samir Abasov arasında… Bundan kimin xəbəri var?

"Neftçi"ni turnir cədvəlinin dibinə yuvarlamaq üçün Roman Qriqorçuka bir dövrə bəs etdi.

9 matçda "ağ qaralar"ı meydana çıxaran ukraynalı mütəxəssisin görüb-görəcəyi isə 5 xal oldu.

Bu xalların hamısı bərabərliklə əldə olundu. Komanda qələbə üzünə həsrət qaldı. 5 görüşdə qolun nə olduğunu bilmədi.

Cəmi 6 qola sevinə bildi. Onun da üçü istefasına yol açan "Kəpəz"lə oyundakı məğlubiyyətə (3:4) təsadüf etdi.

Bəs əcnəbi mütəxəssisi əvəzləyən Samir Abasov qısa müddətdə "Neftçi"nin tam dəyişə bildimi?

Təbii ki, tam olaraq "bəli" demək olmur.

Bəs Qriqorçuk qədər - 1 dövrə "Neftçi"ni meydana çıxaran Abasov komandaya nə verdi?

Düşünmədən "çox şey" deyə bilərik.

Həmkarından fərqli olaraq Abasovun dönəmində "Neftçi" 7 xal daha çox toplaya bildi.

3 görüşdə klub rəhbərliyinə, siravi işçilərə, azarkeşlərə unutduqları qələbənin şirinliyini daddırdı.

4 dəfə daha çox qol sevinci bəxş etdi.

Və ən əsası "Neftçi" birinci dövrədən sonra sonuncu pillədə olan "Kəpəz"dən 2 xal öndə idisə, ikinci dövrədəki nəticələrə görə 3-cü pillədə yer alan "Zirə"dən 3 xal geri qalır.

Bir sözlə, eyni rəqiblərə qarşı baş tutan 9 matçın müqayisəsində yerli mütəxəssis əcnəbi həmkarını bütün statistikalarda qabaqlayır.

Unutmaq olmaz ki, bu komanda Qriqorçukun qurduğu, yayda toplanış keçdiyi kollektivdir. Abasov isə özünə aid olmayan, psixoloji durumu bərbad olan futbolçularla bu qədər fərqi yarada bilib.

Amma üst pillələrə qalxmaq üçün fasilədə toparlanıb, qarşıdakı iki dövrədə daha çox xal toplamaq mütləqdir. Qış fasiləsi, yeni transferlər (əgər olacaqsa) bu yolda təcrübəli mütəxəssisin dadına çatmalıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var