“Bundan sonra təziminat almadan “Neftçi”ni tərk edəcəm”

2 Yanvar 2025 00:30 Neftçi 2 369
“Bundan sonra təziminat almadan “Neftçi”ni tərk edəcəm”

"Neftçi”nin legioneri Mark Tamaş klubu tərk edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Macarıstanın “Nemzeti Sport” nəşri məlumat yayıb.

Macarıstan millisinin 31 yaşlı sabiq müdafiəçisi “Neftçi”dən ayrılmaqla bağlı klubu ilə qarşılıqlı razılaşma əldə edib. Onun müqaviləsi bu ilin yayında başa çatır.

“Klubumuzla müqaviləmin qarşılıqlı ləğvi ilə bağlı şifahi razılaşmamız olub. Bundan sonra təziminat almadan oranı tərk edəcəm. Mən inanıram ki, bu, baş verəcək” - deyə o nəşrə açıqlamasında bildirib.

Tamaşın “Neftçi”nin vaxtından əvvəl tərk etmək niyyəti onun az oyun şansı qazanması ilə bağlıdır.

“Mənim heç vaxt belə az oynadığım olmamışdı. Bu, məni ağrıdır. Amma nə etmək olar, həyat belədir.

Görək, bundan sonra karyeram necə olur. Onu deyə bilərəm ki, oynamaq üçün alışıb yanıram” - deyə o bildirib.

Tamaş bu mövsüm “Neftçi”nin heyətində cəmi 8 oyunda meydana çıxıb, 1 qol ötürməsi verib.

Ötən mövsüm isə o, komandasının əsas futbolçularından idi (32 matç).

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var